RU

2026-cı il “Tesla” üçün ən çətin dövr olacaq

Gələn il “Tesla” şirkəti üçün ən çətin dövr olacaq.

AZƏRTAC “Business Insider”ə istinadən xəbər verir ki, bu barədə şirkətin süni intellekt proqram təminatı üzrə vitse-prezidenti Aşok Ellusvami “Optimus” avtopilot və robot inkişafı şöbələrinin əməkdaşları ilə görüşündə bildirib.

Ellusvami vurğulayıb ki, məqsədlərə çatmaq üçün əməkdaşlar əvvəlkindən daha çox çalışmalıdır. “Tesla” işçilərinə “Optimus” robotlarının kütləvi istehsalına başlamaq və “Robotaxi” xidmətini genişləndirmək üçün müddət verib. Şirkətin rəhbəri İlon Mask əmindir ki, bu iki istiqamət onun üçün prioritet hesab olunur.

Bu ilin sonuna qədər “Tesla” robotaksi xidmətini 10 böyük şəhərdə tətbiq etmək niyyətindədir. 2026-cı ilin sonuna qədər isə “Optimus” robotunun kütləvi istehsalına başlamaq planlaşdırılır.

Avtopilot inkişaf şöbəsi “Optimus” yaradıcıları ilə eyni ofisi bölüşür. O, digər mühəndislik şöbələrindən ayrıdır, onun təşkilati strukturu isə gizli saxlanılır. Şöbənin əməkdaşlarının uzunmüddətli iş günü və Maskla həftəlik görüşləri var.

Ellusvami sələfi Milan Kovaçın istefasından sonra “Optimus”da rəhbər vəzifəni tutub. Ovaxtdan bəri kameralar robot naviqasiyası üçün əsas vasitəyə çevrilib.

AzPost.az

Избранный
13
7
azpost.info

8Источники