RU

Azərbaycanlı rəssam​ 74 yaşında vəfat etdi

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, heykəltəraş-rəssam​ Elman Cəfərov 74 yaşında vəfat edib.

Far.Az xəbər verir ki, bu barədə onun işlədiyi Naxçıvan Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində bildirilib.

Bildirilib ki, E.Cəfərov universitetin İncəsənət fakültəsinin "Təsviri incəsənət" kafedrasının müəllimi işləyib.

Qeyd edək ki, Elman Cəfərov Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvü olub.

Rəssamın yaradıcılığında "Babək"in atlı heykəli, "Dədə Qorqud"un ilkin heykəli, "Mir Həsən Seyidov"un büstü və digər monumental əsərlər xüsusi yer tutur.

Избранный
24
5
far.az

10Источники