RU

Naxçıvanda əhali arasında qrip əleyhinə vaksinasiya aparılır

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin illik iş planına uyğun olaraq payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının yayılma riski yüksəldiyi üçün əhali arasında qrip əleyhinə vaksinasiya işləri həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, bu peyvənd xüsusilə 65 yaşdan yuxarı şəxslərə, 6 aydan böyük uşaqlara, xroniki xəstəlikləri olanlara və hər gün xəstələrlə təmasda olan səhiyyə işçilərinə tövsiyə edilir. Çünki bu qruplar qrip virusuna yoluxduqda ağır fəsadlarla üzləşmə ehtimalı daha yüksək olur.

Qrip əleyhinə peyvənd həm fərdi sağlamlığın qorunmasına, həm də infeksiyanın cəmiyyətdə yayılmasının qarşısının alınmasına xidmət edir. Mütəxəssislər bildirirlər ki, vaxtında peyvənd olunmaqla həm xəstələnmə riski azalır, həm də toplumda virusun sürətlə yayılmasının qarşısı alınır. Peyvənd olunmaq istəyən vətəndaşlar yaşadıqları ərazi üzrə uşaq və böyüklərə xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, qrip əleyhinə vaksinasiya könüllülük əsasında həyata keçirilir.

Избранный
13
1
ikisahil.az

2Источники