RU

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb

Zəngilan. Trend:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinəBöyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Zəngilan rayonununMəmmədbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhərsaatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

Trend xəbər verir ki,Məmmədbəyli kəndi bu gün 30 ailə olmaqla, 143 nəfərə qucaq açıb.Kəndə qədəm qoyan sakinlər sevinc göz yaşları ilə öz doğmayurdlarına qovuşublar.

Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görəPrezident İlham Əliyevə və Birinci vitse-prezident MehribanƏliyevaya təşəkkür ediblər. Sakinlər, həmçinin torpaqlarımızıişğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər vəzabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarındankeçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır.Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç,55-i dörd, 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazinəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb,onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təminolunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2qeyri-yaşayış binası da inşa edilib. Köçürülən ailələrin evlərdəməskunlaşması üçün bütün şərait yaradılıb.

Məqalədə:
Избранный
23
9
az.trend.az

10Источники