RU

AHİK heyəti Daşkənddə

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Daşkənddə Özbəkistan həmkarlar ittifaqlarının yaranmasının 120 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı, müxtəlif ölkələrin həmkarlar ittifaqlarının təmsilçiləri, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti mərasimdə iştirak ediblər.

Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov həmkarlar ittifaqlarının üzvlərini yubiley münasibətilə təbrik edib, rəhbərlik etdiyi qurumun tarixi, keçdiyi inkişaf yolu, ölkənin ictimai həyatındakı rolu və xidmətləri barədə danışıb, işçilərin hüquqlarının qorunması, əmək münasibətlərinin tənzimlənməsi və layiqli iş şəraitinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

AHİK nümayəndələri özbəkistanlı həmkarlarını təbrik edib, Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət başçılarının müstəsna rolunu vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq yeni layihələr və birgə təşəbbüslər vasitəsilə genişlənir, qarşılıqlı təcrübə mübadiləsi daha effektiv və əhatəli xarakter alır.

AHİK nümayəndələri Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əlaqələrin dərinləşdirilməsinin önəmini qeyd edib, əməkdaşlığın daha da möhkəmlənməsi üçün səylərin artırılacağını bildiriblər.

Q.YUSİFOĞLUXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
xalqqazeti.az

2Источники