RU

Yol Polisi: Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir

Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir.

“İki sahil” xəbər verir ki, bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev məlumat deyib.

O qeyd edib ki, sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir:

"Bu hal "yüksək sürət korluğu" kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir".

BDYPİ rəsmisi vurğulayıb ki, yüksək sürət zamanı periferik görmə zəifləyir – yolkənarında baş verən dəyişikliklər daha gec qəbul olunur, reaksiya müddəti azalır, tormoz məsafəsi artır – toqquşmanın qarşısını almaq mümkün olmur və nəticələr daha ağır olur.

"Sürət hədlərinin müəyyən edilməsində məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Buna görə sürücülərin yolun vəziyyətini, hava şəraitini və hərəkət intensivliyini nəzərə alaraq müəyyən olunmuş sürət limitlərinə ciddi əməl etməsi vacibdir", - o deyib.

Избранный
27
21
ikisahil.az

10Источники