Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Əməkdar artist Akif Mirabov vəfat edib
Mingəçevir Dövlət Dram Teatrının aktyoru Akif Mirabov 78 yaşında vəfat edib.
APA xəbər verir ki, o bu gün günorta saatlarında dünyasını dəyişib.
Əməkdar artist sabah Mingəçevir şəhər qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, o, Milli Qəhrəman Rəşad Mirabovun atası idi.
Xatırladaq ki, Akif Əhməd oğlu Mirabov 1947-ci ildə Mingəçevir şəhər Xanabad kəndində doğulub.1965-ci ildə Xalq teatrında, 1968-ci ildən isə Mingəçevir Dövlət Dram teatrında aktyor kimi işə başlayıb. O, 1968-ci ildən- 2017-ci ilədək teatrda aktyor işləyib. 2000-ci ildə Respublikanın Əməkdar artisti, 2013- cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə Prezidentin Fəxri diplomu ilə təltif olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.