RU

Növbəti köç karvanları Məmmədbəyli və Xıdırlı kəndlərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 219 nəfərdən ibarət 50 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

12:56

Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.

APA xəbər verir ki, Məmmədbəyli kəndinə 30 ailə (143 nəfər) köçürülüb.

Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

***

05:54

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə (143 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə (219 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Fərid Yusifov

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Избранный
43
49
apa.az

10Источники