RU

Estoniya Ukraynaya Starlink rabitə sistemlərinin alınması üçün 3,5 milyon avro ayırıb

Estoniya Ukraynaya Starlink rabitə sistemlərinin alınması üçün 3,5 milyon avro ayırıb.

APA xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

Onun sözlərinə görə, Ukrayna ehtiyacları barədə tərəfdaşları öncədən məlumatlandırıb.

“Bu yardım onlar üçün son dərəcə vacibdir və döyüş meydanında real təsiri var. Xüsusilə Ukraynanın dronların sayını əhəmiyyətli dərəcədə artırmaq planı fonunda Starlink sistemlərinin yüksək sürətli internet bağlantısı təmin etməsi daha da önəm kəsb edir”, – nazir qeyd edib.

Избранный
57
7
apa.az

8Источники