Xəbər verdiyimiz kimi, Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Nuriyeva vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, hadisə ilə bağlı Globalinfo.az-a danışan Xalq artistinin qardaşı qızı Fidan Nuriyeva hər şeyin anidən baş verdiyini qeyd edib:
“Ülviyyə ürək çatışmazlığından əziyyət çəkirdi. Ölümü qəfil oldu. Ailəsi həkimə məlumat verənə kimi, o, artıq dünyasını dəyişmişdi. Bu gün Qalada dəfn etdik. Gülnar adlı bir qızı var, 6-cı sinfdə oxuyur”.
Qeyd edək ki, Ülviyyə Nuriyevanın 47 yaşı olub.