Bu ilin ilk yanvar-oktyabr aylarında Azərbaycanda 264,1 min ton bentonit istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,2 % çoxdur.
Bu il noyabr ayının 1-nə, ölkədə 243,1 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.