RU

Barselona iki müdafiəçini transfer etmək istəyir

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İspaniyanın "Barselona" klubu iki müdafiəçini transfer etmək istəyir. SİA-ya "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub Almaniya təmsilçiləri "Bavariya"dan Dayot Upamekano və "Borussiya"dan (Dortmund) Niko Şlotterbeki heyətinə qatmağı düşünür.

25 yaşlı N.Şlotterbek "Borussiya" ilə 2027-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edərsə, "Barselona"ya 40 milyon avro qarşılığında keçə bilər.

27 yaşlı D.Upamekanonun "Bavariya" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Münhen təmsilçisi müdafiəçi ilə yeni müqavilə imzalamaq istəsə də danışıqlar uğursuz olub.

Qeyd edək ki, Şlotterbek 2025/2026 mövsümündə "Borussiya"nın heyətində bütün turnirlərdə 10 oyun keçirib və bir məhsuldar ötürmə müəllifi olub. Cari mövsüm "Bavariya"nın heyətində 20 oyun keçirən Upamekano da cəmi 1 ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
1
sia.az

2Источники