RU

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

"Akkord İnşaat Sənaye" ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumata görə, İlqar Allaz oğlu Hacıyevə Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Qeyd olunub ki, İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Избранный
31
37
publika.az

6Источники