RU

Adnan Əhmədzadənin xanımının Londonda şirkətləri var imiş - Faktlar

Xəbər verdiyimiz kimi, Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərova bir müddət əvvəl Azərbaycanı tərk edərək Londona yerləşib...

Teleqraf-ın əldə etdiyi məlumata görə, 33 yaşlı Gülsəfa Cəfərova daha öncə də uzun müddət Londonda yaşayıb və onun burada bir neçə şirkəti olub.

Bu şirkətlərdən biri də “Solidis London” LTD olub.

2023-cü ilin mayın 16-da ləğv olunan şirkətin ünvanı Oksford küçəsində yerləşib.

Gülsəfa Cəfərovaya məxsus daha bir şirkət isə AA PROPERTIES 2000 LTD olub. Adnan Əhmədzadə tərəfindən təsis olunan, hazırda isə reysterdən çıxarılaraq ləğv olunan şirkətin öncəki direktoru Nigar Kərimli olsa da, 7 iyul 2020-ci il tarixdə Gülsəfa Osman qızı Cəfərova bu vəzifəni ondan təhvil alıb.

Gülsəfa Cəfərova şirkəti reyestrdən çıxarmaq üçün 30 oktyabr 2023-cü ildə ərizə ilə müraciət edib.

Şirkətin ünvanı Battle House, 1 East Barnet Road, New Barnet, Hertfordshire, United Kingdom, EN48RR olub.

Adnan Əhmədzadənin xanımının hazırda aktiv fəaliyyət göstərdiyi şirkəti isə MEDUSA 622 LTD-dir.

Bu şirkətin tərkibinə Londonda fəaliyyət göstərən lüks gözəllik salonları daxildir. Şirkətin ünvanı Londonda 10 Beauchamp Place küçəsində yerləşir.

Maraqlıdır ki, şirkət Adnan Əhmədzadənin həbsindən sonra - yəni, sentyabrın 22-də gələcək fəaliyyətinin qanuni olduğunu bəyan edib.

Qeyd edək ki, Adnan Əhmədzadə Azərbaycan iqtisadiyyatına təxribatda ittiham olunaraq həbs edilib.

Poliqon.info

Избранный
18
16
poliqon.info

10Источники