RU

“Azərbaycan enerjili və istəkli komandadır”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında qarşılaşma haqda danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis nəticə üçün maksimum çalışacaqlarını bildirib:

“Sabah nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycan enerjili və çox istəkli komandadır. Heyət baxımından risk etmək niyyətində deyiləm. Topuğunda zədəsi olan Kilian Mbappe ilə “Real Madrid”in həkimləri məşğul olacaqlar. Bakıya 22 futbolçu ilə gəlmişik və hamısına güvənirəm”.

Qeyd edək ki, Azərbaycan – Fransa oyunu noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

Избранный
18
3
90deqiqe.az

6Источники