RU

Dubayda Beynəlxalq Muzeylər Şurasının 27 ci Baş konfransı keçirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın müxtəlif ölkələrindən 3000-dən artıq muzey mütəxəssisinin iştirakı ilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” devizi altında 27-ci Baş konfransı keçirilib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, konfransın gündəliyinə ondan çox əsas sessiya, 400-dən çox natiq, 100-dən çox çıxış, panel və seminar, eləcə də bir sıra interaktiv qabaqcıl təlim sessiyaları daxildir.

Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin üzvləri - ICOM Azərbaycan Milli Komitəsinin sədri, “Azərxalça” ASC-nin İdarə Heyətinin üzvü Əsmər Babayeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin sektor müdiri Aybəniz Əliyeva, Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyəti sədrinin köməkçisi Turan Həsənova, Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Suraxanı Gəmi Muzeyinin direktoru Tural İbrahimov, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev və digərləri iştirak ediblər.

ICOM Azərbaycan Milli Komitəsinin sədri Əsmər Babayeva 2023-2025-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə ölkəmizin muzey həyatında baş verən yeniliklər, təşkil olunan tədbirlər, beynəlxalq konfranslar, 3 il ərzində Milli Komitənin ümumi fəaliyyəti haqqında bəhs edib: “Muzey - maddi və qeyri-maddi irsi tədqiq edən, toplayan, mühafizə edən, şərh və nümayiş etdirən, daim cəmiyyətin xidmətində fəaliyyət göstərən qeyri-kommersiya qurumudur. İctimaiyyət üçün açıq, əlçatan və inklüziv muzeylər müxtəlifliyi və davamlılığı təşviq edir. Onlar təhsil, əyləncə, düşüncə və bilik mübadiləsi üçün müxtəlif təcrübələr təklif edərək etik, peşəkar və icmaların iştirakı ilə fəaliyyət göstərir”.

Konfrans digər ölkələrin nümayəndə heyətlərinin çıxışları ilə davam etdirilib.

Bu il ICOM Baş konfransı Yaxın Şərq, Afrika və Cənubi Asiya regionunda ilk dəfə keçirilir. Üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini müvafiq mövzu ətrafında fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
4
azertag.az

5Источники