RU

Narın yaxşı olub olmadığını necə anlamaq olar?

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Qış aylarının sevilən meyvəsi olan nar həm təravətli dadı, həm də yüksək antioksidant tərkibi ilə sağlamlıq üçün çox faydalıdır. Bəs bazardan və ya marketdən aldığınız narın ən yaxşı, ən sulu və ən dadlı olub-olmadığını necə müəyyən edə bilərsiniz?Milli.Az narın keyfiyyətini anlamaq üçün diqqət etməli olduğunuz bütün incəlikləri təqdim dir:

Narın qabığı təravətli görünməli, parlaq rəngdə olmalıdır. Rəngi qırmızı, bordo və ya qırmızı-narıncı tonlarında ola bilər.

Mat görünüşlü, solğun və ya qaralmış qabıq narın köhnə və ya təravətini itirdiyini göstərə bilər.

Eyni ölçüdəki narlardan ən ağır olanı ən sulu və ən dolu sayılır.

Əlində yüngül gələn nar isə çox vaxt qurumuş və içinin boşalmağa başladığını göstərir.

Qabığa barmağınızla toxunduqda bir az elastiklik hiss olunmalıdır.

Çox sərt qabıq - narın tam yetişmədiyini;

çox yumşaq qabıq - içinin xarab olmağa başladığını göstərə bilər.

Tam yetişmiş narın qabığı bir qədər künclü və dolu görünür. Tamamilə yumru və çox dalğalı olan narların dənələri çox vaxt tam formalaşmamış olur.

Çatlaq narlar ya həddindən artıq yetişdiyi üçün partlamağa yaxın olur, ya da daşınma zamanı zədələnir.

Sağlam narın sap hissəsində çox az quruma ola bilər, amma çürük və yumşaq hissə olmamalıdır.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
3
news.milli.az

4Источники