RU

Ipsos: Qərb seçiciləri demokratiyanın vəziyyətindən narahatdır

Doqquz Qərb ölkəsində 9800 seçici arasında aparılan Ipsos sorğusu göstərib ki, respondentlərin 45%-i ölkələrində demokratiyanın zəif fəaliyyət göstərdiyinə inanır.

"Ölkə.az" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Tədqiqat Britaniya, Fransa, ABŞ, İspaniya, İtaliya, İsveç, Xorvatiya, Hollandiya və Polşanı əhatə edib. Respondentlər ekstremist partiyaların, saxta xəbərlərin və korrupsiyanın seçkilərə təsiri ilə bağlı narahatlıqlarını bildiriblər. Yalnız İsveçdə seçicilərin əksəriyyəti demokratiyanın yaxşı fəaliyyət göstərdiyinə inanıb.

Polşa istisna olmaqla, bütün ölkələrdə daha çox respondent demokratiyanın son beş ildə daha da pisləşdiyini bildirib. ABŞ-da isə respondentlərin 61%-i vəziyyətin 2020-ci ildən bəri pisləşdiyinə inanır. Ipsos ekspertləri qeyd edirlər ki, mövcud sistemdən narazılıq köklü dəyişiklik istəyinin artmasına səbəb olur.

Elvin

Ölkə.az

Избранный
127
2
olke.az

3Источники