Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb.
Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 millimetrədək qeydə alınıb.
Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax, Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan, Altıağacda duman müşahidə olunub.