RU

Komandamız İslamiadadakı ilk matçında özbəklərə yenildi

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk matçını keçirib.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan komanda Özbəkistanla üz-üzə gəlib.

"Green Hall" Olimpiya Kompleksində təşkil olunan matç rəqibin 28:26 hesablı qələbəsi ilə başa çatıb.

Yığma növbəti oyununu noyabrın 17-də Qazaxıstan seçməsinə qarşı keçirəcək.

Избранный
56
1
sportinfo.az

2Источники