RU

Ukrayna partizanları düşmən loqistikasına ciddi zərbə vurdu... “ATEŞ” XƏRİTƏ

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

16 noyabr gecəsi əksər üzvləri Krım tatarlarından ibarət olan, hətta tərkibində ruslar da olan “ATEŞ” hərəkatının partizanları Ukraynanın Zaporojye vilayətinin müvəqqəti işğal altında qalan Melitopol rayonundakı Novobogdanovka kəndi yaxınlığında uğurlu bir təxribat aktı keçirdiklərini bildiriblər. Əhəmiyyətli dəmir yolu hissəsindəki rele şkafını yandırıblar.

Moderator.az  "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, bu haqda  "ATEŞ" hərəkatının telegram-kanalında məlumat yayılıb.

"Bu diversiya aktı işğalçıların hərbi qatarlarının hərəkətini dərhal dayandırdı. Təxribatın yeri cəbhə xəttindən cəmi 50 kilometr məsafədə olduğundan, bloklanmış qatarlar ideal hədəfə çevrildi. Ukrayna Müdafiə Qüvvələri onlara qarşı tez bir zamanda dəqiq raket və artilleriya zərbələri endirə bildi.", - məlumatda belə deyilir.

Hərəkat qeyd edib ki, qatarların məhv edilməsi və infrastruktura dəyən ziyan Xersonda və Zaporojye sektorunun bir hissəsində Rusiya işğalçı qüvvələrinin təchizatını müvəqqəti olaraq dayandırıb.

"ATEŞ" öz bəyanatında əlavə edib ki, "Sursat və yanacaq çatışmazlığı artıq bu ərazilərdə hərbi əməliyyatların intensivliyinin azalmasına səbəb olub".

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
moderator.az

2Источники