“Quba” federasiya tərəfindən maliyyələşir. Sponsor da tapsaq, lap əla olar".

Offsideplus.az xəbər verir ki, bunu bölgə klubunun basketbolçusu Zaur Paşayev deyib.

Təcrübəli oyunçu bunları da söyləyib:

“Azərbaycan Basketbol Liqası yüksək səviyyədədir. Belə çempionat demək olar ki, ölkə tarixində olmayıb. ABL-i 10, 2-ci liqanı 6 komanda etsələr, lap yaxşı olar. Çünki daha maraqlı alınacaq. Bir az da, sponsorlar axtarırıq. Özüm də sponsor axtarıram ki, komandaya dəstək olsun. Azərbaycan Basketbol Federasiyası da əlindən gələni edir. “Quba” federasiya tərəfindən maliyyələşir. Sponsor da tapsaq, lap əla olar. Bütün komandalar B qrupunda lider olmaq istəyir, biz də həmçinin”.