RU

Emoməli Rahmon: Mərkəzi Asiyada beynəlxalq innovativ təhsil mərkəzi yaradılmalıdır

“Mərkəzi Asiyada elm, təhsil, mədəniyyət və incəsənət sahələrində birgə layihələri həyata keçirmək üçün müxtəlif ölkələrin iştirakı ilə beynəlxalq innovativ təhsil mərkəzinin təsis edilməlidir".

Publika.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rahmon Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

Rahmon bildirib ki, bugünkü şəraitdə mədəniyyət və təhsil sahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi zamanın tələbidir:

“Bu istiqamətdə əməkdaşlığın inkişafı ehtiyacını nəzərə alaraq, Mərkəzi Asiyada beynəlxalq innovativ təhsil mərkəzinin təsis edilməsini təklif edirik. Bu mərkəz ölkələrimizin birgə elmi tədqiqat və təhsil proqramları üçün vahid platforma ola bilər”.

Избранный
42
publika.az

1Источники