İşğaldan azad edilən Ağdərə rayonunun ərazisində mülki şəxs minaya düşüb.
Məlumata görə, hadisə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində baş verib.
İlkin məlumatlara əsasən minaya düşən Bərdə rayon Kələntərli kənd sakini 36 yaşlı Əliyev Natiq Namiq oğludur. Yaralıya hadisə yerində yaxınlıqdakı şəxslər tərəfindən ilkin tibbi yardım göstərilib və o, dərhal Bərdə Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.