ESPN Avropada uğurlu yay transferləri üzrə reytinq dərc edib.
"Ölkə.az" xəbər verir ki, birinci yeri “Lill”dən PSJ-yə 40 milyon avroya keçən qapıçı Lyuka Şevalyeyə verib. Fransız qapıçı Paris klubunda keçirdiyi 16 oyunda 16 qol buraxıb.
Avropada yay fasiləsinin ən yaxşı beş transferi belədir:
Lyuka Şevalye – “Lill”dən PSJ-yə, 40 milyon avro. Brayan Mbemo – “Brentford”dan “Mançester Yunayted”ə, 75 milyon avro. Alvaro Karreras – “Benfika”dan “Real”a, 50 milyon avro. Corce Petroviç və Kivin Kelleher – “Çelsi”dən “Bornmut”a 29 milyon avro və “Liverpul”dan “Brentford”a 15 milyon avroya. Martin Subimendi – “Real Sosyedad”dan “Arsenal”a, 70 milyon avro.