RU

Hikmət Hacıyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi ilə bağlı paylaşım edib

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşü bağlı daha bir paylaşım edib.

 
 Paylaşımda yazılanları təqdim edirik:
 
“Mərkəzi Asiya Dövlət Başçılarının Qərarına əsasən Azərbaycan tamhüquqlu üzv qismində qəbul edildi. Qardaşlıq əlaqələrimiz və tarixi irsimiz siyasi-geosiyasi və geo-iqtisadi birliyə çevrilir. Bu andan etibarən, Mərkəzi Asiya “6” kimi çıxış edir”.
 
Paylaşımda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında sənəd də təqdim olunub:
 
Azərbaycan tərəfinin müraciəti nəzərdən keçirilərək, Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi qərara alınır.
Избранный
27
10
yenilik.az

10Источники