RU

Qari Lineker Robert Levandovskini təriflədi - ARENA.AZ

İngiltərə futbolunun əfsanəsi Qari Lineker “Barselona”nın 37 yaşlı mərkəz hücumçusu Robert Levandovski haqda qənaətini açıqlayıb.

Arena.az keçmiş hücumçunun müvafiq qənaətini edir edir:

“Mən Roberti futbol tarixinin ən yaxşı “doqquzluq”larından biri hesab edirəm. Levandovski müvafiq mövqedə özünü əntiqə hiss edir. O, əsl qolçudur. O, qapılar qarşısında soyuqqanlılıq nümayiş etdirir. Onun oyunu mənə çox xoş gəlir”, deyə Qari Lineker vurğulayıb.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 12 oyuna çıxıb, 7 qol vurub.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 159 oyun, 108 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 162 oyun keçirib, 87 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
39
22
arena.az

10Источники