RU

MMA ulduzları Mahaçevin UFC-də ikinci kəmərə gedən tarixi qələbəsi barədə danışıblar

İslam Mahaçev Nyu-Yorkdakı UFC 322 turnirində baş tutan əsas döyüşdə avstraliyalı Cek Della Maddalenanı hakimlərin yekdil qərarı ilə məğlub edib və UFC-də iki çəki dərəcəsində də kəmərə sahib çıxıb.

İdman.Biz xəbər verir ki, bu qələbə Mahaçevə UFC tarixində iki divizionda titul qazanan 11-ci döyüşçü statusunu gətirib. O həmçinin ardıcıl 16-cı qələbəsini qazanaraq Anderson Silvanın rekordunu təkrarlayıb.

MMA ulduzları rusiyalı döyüşçünün uğurunu “RBK-Sport”a belə dəyərləndiriblər:

Həbib Nurməhəmmədov – keçmiş UFC çempionu:
“Çox xoşbəxtəm. Komandamız günü-gündən irəliləyir. Fərqli çəki dərəcələrində çempionluqlar qazanırıq. Məqsədim odur ki, onlar daha da güclənsinlər. Bunun üçün səhər-axşam çalışırıq”.

İliya Topuriya – UFC yüngül çəkidə çempion:
“Cekə yalnız güləşdən ibarət ayrıca bir hazırlıq lazımdır. Çox zəif çıxış göstərdi... Mən Mahaçevdən emosiyalar istəyirəm, amma o, bu oyunun ən darıxdırıcı döyüşçüsüdür. Günbəgün ona qarşı inamım artır”.

Ceff Monson – keçmiş UFC döyüşçüsü:
“O, artıq əfsanələr siyahısındadır. Maddalena ona heç nə edə bilmədi. Mahaçev çoxçalarlı döyüşçü olduğunu göstərdi, bu tarixi bir uğurdur”.

Merab Dvalişvili – UFC yüngül çəki çempionu:
“Yeni çempionu təbrik edirəm! Bu titul tamamilə haqq edilmiş qələbədir”.

Belal Məhəmməd – keçmiş UFC çempionu:
“Mahaçevin ikiqat çempion olmasına sevinirəm. Həbib və komandası bunu layiqincə qazandı”.

Şavkat Raxmonov – UFC-nin yarımorta çəkidə döyüşçüsü:
“Mahaçevi təbrik edirəm, əla çıxış idi. Amma bu divizionun əsl pretendentliyi hələ də mənimdir”.

Dastin Porie – keçmiş UFC müvəqqəti çempionu:
“Həbibi və İslamı təbrik edirəm. Onların nə etdiyini görmək inanılmazdır. O, özündən 15 funt ağır çəkidə kəmər qazandı. Bu, onun və komandasının böyük zəhmətinin nəticəsidir”.

İdman.Biz

Избранный
43
1
idman.biz

2Источники