RU

ABL: “Sabah” və “Ordu”dan növbəti qələbə - ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 7-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

A qrupunun matçlarında “Abşeron Lions” “Gəncə”ni (98:80), “Sabah” NTD-ni (97:74) məğlub edib. B qrupunda isə “Ordu” “Quba”ya (100:85) qalib gəlib.

Xatırladaq ki, daha öncə “Lənkəran” “Sərhədçi”ni (83:78), “Naxçıvan” “Sumqayıt”ı (116:99) məğlub etmişdi. Turun “Şəki” – “Neftçi” qarşılaşması isə qeyri-müəyyən müddətə təxirə salınıb.

A qrupu: Sabah – 14. Abşeron Lions – 13. Gəncə – 9. Şəki – 8. Neftçi – 7. NTD – 7.

B qrupu: Ordu – 14. Naxçıvan – 12. Lənkəran – 10. Sərhədçi – 9. Sumqayıt – 9. Quba – 9.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
49
34
arena.az

10Источники