AZ

Pedri çalışdığı məşqçiləri dəyərləndirdi - ARENA.AZ

İspaniya millisinin və “Barselona”nın mərkəz yarımmüdafiəçisi Pedri karyerasında xidmətləri olmuş məşqçilərindən söhbət açıb.

Arena.az 22 yaşlı futbolçunun müvafiq fikrini təqdim edir:

“Həmişə Ronald Kumana minnətdar olacağam. Çünki o, debütümə imkan yaratdı və məni kimsə tanımayanda etimad etdi. Xavi ümidimizi qaytarmağa kömək etdi və kimsənin gözləmədiyi bir halda çempionluq qənimətini qazandıq. Xavi klubumuzun əfsanəsidir. O, gənclərə çox inanırdı. Hansi Fliklə biz irəliyə doğru daha bir addım atdıq. O, gərək olduqda ciddidir, zamanı gəldikdə isə bizi çoxlu gülməyə sövq edir. Adətən Flik sakitdir, amma yaxşısı budur ki, onu qəzəbləndirməyəsən…”.

Pedri “Barselona”nın heyətində görmək istədiyi ulduzun adını da açıqlayıb:

“Məndə təəssürat doğuran oyunçu – Camal Musialadır. O, çox yaxşıdır”, deyə ispan futbolçu vurğulayıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
33
arena.az

10Mənbələr