Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Apasport.az xəbər verir ki, son yarış günündə yığmamız aktivinə iki medal yazdırıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.
-90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl Hüseyn Allahyarov (-60 kq) bürünc mükafatın sahibi olmuşdu.
Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.
Azərbaycan millisi Polşa ilə yoldaşlıq görüşü keçirəcək
Böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
Cüsoçularımız Zaqreb Qran-Prisində iştirak edəcəklər
Millimiz İslamiadanın çempionu oldu
İslam Oyunları: Milli komandamız finala vəsiqə qazanıb