RU

Kənan Nəsibov Zaqreb qran-prisinin qalibi oldu - ARENA.AZ

Azərbaycan cüdoçusu Kənan Nəsibov Xorvatiyanın paytaxtında təşkil edilmiş Zaqreb qran-prisində qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Zaqreb qran-prisinə yekun vurulub.

Sonuncu yarış günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxıb. Onlardan ikisinin çıxışı daha uğurlu alınıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək Zaqreb qran-prisini qızıl medalla başa vurub. Cüdoçumuz finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.

-90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc medala yiyələnib.

Aslan Kotsoyevlə yanaşı, sonuncu yarış günündə tatami üzərinə çıxmış millimizin digər üzvlərindən Əjdər Bağırov (-100 kq) və Camal Qamzatxanov (+100 kq) isə medalsız qalıblar.

Xatırladaq ki, Azərbaycan Xorvatiyadakı yarışa bütövlükdə 15 cüdoçu ilə qatılmışdı. Daha öncə yığmamızın digər üzvü Hüseyn Allahyarov (60 kq) Zaqrebdə bürünc medal qazanmışdı.

Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
36
22
arena.az

10Источники