RU

“Tramp marşrutu”nu müzakirə etmək üçün Ermənistana getdi

ABŞ Dövlət katibinin müavini Elison Huker Ermənistanda səfərdədir.

“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, səfərin məqsədi ABŞ Prezidenti Donald Trampın regional sülh və təhlükəsizlik məsələləri üzrə baxışını təşviq etməkdir.

ABŞ Dövlət katibinin müavini artıq ölkəsinin Ermənistandakı səfiri Kristina Kvinlə görüşüb.

Səfər çərçivəsində Elison Hukerin həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi elçi Ruben Rubinyanla görüşləri planlaşdırılıb. 

Görüşlər zamanı iki ölkə arasında münasibətlərin, habelə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) müzakirə olunacağı gözlənilir.

"Cebheinfo.az"

Избранный
36
3
cebheinfo.az

10Источники