RU

Millimizdən qol buraxan qapıçı tarixə düşdü

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Fransa qarşılaşmasında qonaqların qapıçısı Luka Şevalye üçün xoş olmayan statistikayla yadda qalıb.

İdmanxeber.az xəbər verir ki, 24 yaşlı qolkiper yığmada debüt matçında qapısından ən tez top buraxan oyunçu kimi 90 illik rekordu təkrarlayıb. Renat Dadaşov oyunun 4-cü dəqiqəsində Şevalyeni məyus edib.

Fransa millisində bundan əvvəl ən erkən qol buraxan debütant qapıçı 1935-ci ildə Rene Lyense olub. O da ilk oyununun 4-cü dəqiqədə qapısında qol görüb.

Qeyd edək ki, matç Fransanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
21
1
idmanxeber.az

2Источники