RU

Cavanşir Quliyev: Musiqisini yazdığım "Gülçöhrə və Əsgər"in premyerası olacaq

BAKI, 16 noyabr. TELEQRAF

"Səhhətim normaldır. Tez-tez Türkiyəyə gedib-gəlirəm, müalicəm davam edir".

Bunu Teleqraf-a açıqlamasında Əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyev səhhətindən danışarkən deyib.

Bəstəkar yaradıcılığından da danışıb: "Akademik Musiqili Teatrda noyabrın 18, 22 və 23-də musiqisini yazdığım “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olacaq. Bu, “Arşın mal alan” tamaşasının davamıdır".

C.Quliyev deyib ki, Vətən müharibəsindən bəhs edən keyfiyyətli sənət əsərləri yazmaq üçün vaxt lazımdır: "Zəfərin beş illiyi münasibətilə sənət əsərləri, musiqilər yazılmır və filmlər çəkilmir fikiylə tam razı deyiləm. Bu mövzuda yüzlərlə əsər yazılıb. Ola bilər ki, keyfiyyəti kimisə qane etmir, bu başa düşüləndir. Amma keyfiyyət məsələsi ismarıcla bağlı deyil ki… Ona görə də “Tez edin, Zəfərin beş illiyidir, bununla bağlı əsər yazmaq lazımdır" kimi yanaşma doğru deyil və nəticə də verməz. Məncə, yaradıcı adamlar çoxdur. Sadəcə, səbrli olmaq lazımdır. Mən özüm bu mövzuda 5-ə yaxın əsər yazmışam və bu, davam edəcək".



Избранный
76
teleqraf.com

1Источники