RU

Millimizin futbolçuları fransalı oyunçuların formasını aldı - VİDEO

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ötən gün Fransaya 1:3 hesabı ilə uduzan Azərbaycan yığmasının futbolçuları qarşılaşmadan sonra rəqib oyunçularla formalarını dəyişib. 

"Cebheinfo.az" xəbər verir ki, final fitindən sonra millimizin müdafiəçisi Qismət Alıyev Uqo Ekitikedən, Anton Krivotsyuk Bredli Barkoladan, Abbas Hüseynov isə Lukas Ernandesdən formasını alıb. 

Komandamızın qapıçısı Aydın Bayramov isə  Luka Şevalyenin köynəyini istəyib. 

Onların bu hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

"Cebheinfo.az"

Избранный
30
2
cebheinfo.az

3Источники