RU

II Liqa: "Xankəndi" də darmadağınla qalib gəldi, "Qaradağ Lökbatan" da

Azərbaycan 2-ci Liqasında 9-cu tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün 3 oyun baş tutub.

İlk pillədə qərarlaşan "Xankəndi" evdə "Göygöl" üzərində inamlı qələbə qazanaraq zirvədəki yerini qoruyub. Şərikli lider "Qaradağ Lökbatan" da evdə qələbə qazanıb. Qəzənfər Abbasovun baş məşqçisi olduğu komanda "Kür-Araz"a şans verməyib. 

Turun daha bir görüşündə isə "Şirvan" ilə "Şəki Siti" üz-üzə gəliblər. Paytaxtda baş tutan qarşılaşmada hesabı nominal qonaqlar açsalar da, şəkililər əzmkar qələbə qazanmağa müvəffəq olublar.

Qeyd edək ki, tur çərçivəsində dünən baş tutan görüşlərdə "Şəmkir" evdə "Ağdaş"ı 4:1, "Dinamo" səfərdə "Ağstafa Gəncləri"ni 1:0, "Quba" isə "Araz Saatlı"nı doğma meydanda 4:2 hesabı ilə məğlub edib. 

Azərbaycan 2-ci Liqası
9-cu tur
17 noyabr 

“Şəki Siti” – “Şirvan” 2:1
Qollar:
C.İmamverdiyev, 35. R.Məhərrəmov, 75 - E.Xəlilov, 12.

“Xankəndi” – “Göygöl” 3:0
Qollar:
S.Ağayev, 5. H.Hüseynli, 32. B.Teymurov, 58.

“Qaradağ Lökbatan” – “Kür-Araz” 4:0
Qollar:
R.Orucov, 13. S.Allahquliyev, 24. E.Əskərli, 40. R.Şahmuradov, 75.

Избранный
123
7
fanat.az

10Источники