RU

17 Noyabr Dirçəliş Günü ilə bağlı əhali arasında - SORĞU

Bu gün ölkədə 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 17 Noyabr Azərbaycanın müstəqillik qazanması istiqamətində mühüm rol oynayan bir tarixdir. 1988-ci ildə Azərbaycan xalqı küçələrə çıxdı və Sovetlər Birliyinin dağılmasını tələb etdi. Bu tarix Azərbaycan xalqını müstəqilliyə doğru sürətlə apardı.

SİA bu tarixin əhəmiyyəti barədə şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Erman Köçküncü: “Azərbaycan dost və qardaş ölkədir. Burda olduğumuz üçün çox xoşbəxtəm. Azərbaycanın inkişafından, iqtisadi olaraq güclənməsindən çox məmnunam. Bu bayram münasibətilə Azərbaycan xalqını təbrik edirik. Bu tarixin Sovetlər Birliyinin dağılmasında və Azərbaycanın müstəqil olmasında çox böyük rolu var”.

Şəhər sakini Gülər Coşqunsoy: “Milli Dirçəliş günü dedikdə Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik qazanan ölkələr arasında Azərbaycanın adı keçir. Müstəqilliyimizi şəhidlərimizə borcluyuq. Müstəqilliyimizi Ulu Öndər Heydər Əliyevə borcluyam. Milli Dirçəliş günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Bu gün Azərbaycan zəfər qazanmış, qalib xalqdır. Bu zəfəri Azərbaycan xalqı Prezident İlham Əliyevə borcludur”.

Şəhər sakini Nazim Hüseynov: “Milli Dirçəliş Günü Sovetlər Birliyinin dağılmasında mühüm rol oynadı. Bu gün inkişafımız göz qabağındadır. Bu gün Qarabağın bərpası üçün işlər gedir. Azərbaycan günü gündən inkişaf edir. Bu inkişaf İlham Əliyevin sayəsindədir. Bu gün Azərbaycan xalqı qalib xalqdır”.

Şəhər sakini Fəxrəddin Yusifov: “Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsinə görə, SSRİ hökümətinin yeritdiyi anti-Azərbaycan siyasətinə etiraz edirdi. Azərbaycan xalqı həmin vaxt müstəqil olmaq üçün küçələrə çıxdı. Azərbaycan xalqı həm də Dağlıq Qarabağı Sovet hökumətinin Ermənistana vermək istəməsinə etiraz edirdi. Mən özüm də o proseslərin iştirakçısıyam. Bu gün Azərbaycan müstəqildir və Qarabağı geri qaytarıb. Bütün bunlar ölkə rəhbəri İlham Əliyevin sayəsindədir”.

Şəhər sakini Zeynəb Məstəliyeva: “Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm. Dirçəliş Gününün tarixi çox böyükdür. Çünki bu tarix Sovetlər Birliyinin dağılmasında böyük rol oynadı. Ölkəmiz bu gün müstəqildir. Biz bu gün qalib xalqıq. Müstəqilliyimiz əbədi olsun. Çünki müstəqil olmaq çox gözəl bir şeydir”.

Müəllif: İlkin Məmmədkərimov

Избранный
58
41
sia.az

10Источники