RU

“Venesuela rəhbərliyi ABŞ-la danışıqlar gözləyir” – Tramp

ABŞ-ın baş naziri Donald Tramp bəyan edib ki, Venesuela rəhbərliyi ABŞ-la danışıqlara ümid edir.

Yeniera.az xəbər verir ki o, bunu Floridadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Bizim müzakirələrimiz ola bilər. Venesuela prezidenti Nikolas Maduro ilə müzakirələrimiz ola bilər. Bunun hara getdiyini görəcəyik”, – Tramp deyib.

Trampa həmçinin onun administrasiyasının Venesuela ilə bağlı mümkün hərəkətləri ABŞ Konqresi ilə koordinasiya edib-etmədiyini soruşublar:

“Biz Konqresin də iştirakını istərdik. Bizim onların icazəsini almağa ehtiyacımız yoxdur, amma məncə, xəbərdar olsalar yaxşı olardı”, -deyə o, əlavə edib.

Yeganə

Избранный
31
busaat.az

1Источники