RU

Sürücülər kartla ödənişi bu səbəbdən qəbul etmir Ekspertdən AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Taksi sürücüləri və sərnişinlər arasında yaşanan kart-nağd ödəniş problemləri çox aktual bir mövzudur. Əslində bu, bir infrastruktur çatışmazlığıdır. Çünki bu, tənzimləmələrin özünün yetərincə işləməməsinin nəticəsidir".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.O, bildirib ki, bunun araşdırılması üçün aidiyyəti qurum və ya qurumlar ilkin olaraq koordinasiyalı şəkildə məsələyə yanaşmalı və prosesi düzgün istiqamətləndirməlidirlər:"Məsələ bundadır ki, bu prosesdə iştirak edən şəxslərin və ya qurumların bundan nə dərəcədə yararlana biləcəyi aktualdır. Yəni, nəqliyyat vasitələrini idarə edən şəxslərlə, xüsusən sərnişin daşımalarında bu prosesin ardıcıllığı təmin olunmalıdır. Bildiyiniz kimi, kartla sifariş vermək və ödəniş etmək bank əməliyyatlarıdır, yəni innovativ texnologiyaya əsaslanır. Əgər sürücü kartla ödənişi qəbul etmək istəmirsə, bu, ona çatacaq məbləğin müəyyən şəxslər və ya qurumlar tərəfindən əngəlləndiyini göstərir və onu razı salmır".Ekspert bildirib ki, sərnişinin kartla ödəniş etməsi məsələsi, həmçinin şirkət nümayəndələri ilə sərnişin arasında məlumat axınının düzgün qurulmaması problemidir:"Bu məsələlər koordinasiyalı şəkildə həll edilməli, proseslər düzgün idarə olunmalıdır. Əks halda, bu proses uzun zaman alacaq və səmərəliliyi aşağı salacaq".Onun sözlərinə görə, məsələnin tam həlli yalnız belə mümkün ola bilər ki, nəqliyyat vasitələrinin hərəkətliliyi və rentabelliyi qorunub saxlanılsın və əsas bank əməliyyatları düzgün aparılsın:"Bundan sonra sifarişçi ilə xidmət verən arasındakı münasibətlər tənzimlənməlidir. İlk növbədə bu münasibət şirkət və sərnişin arasında düzgün qurulmalıdır. Əgər bu münasibətlər qorunarsa, avtomatik olaraq sürücülər də şirkətin koordinasiyası nəticəsində düzgün istiqamətləndirəcək və işlər düzgün aparılacaq".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
69
50
demokrat.az

10Источники