Nyu Dehli ABŞ-ın ən böyük enerji şirkəti Chevron ilə müqavilə çərçivəsində ilk təyyarə yanacağını ABŞ-ın Qərb Sahilinə çatdırıb.
Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hindistanın “Reliance Industries” özəl korporasiyasının dəniz terminalındakı Camnaqar limanına 60 min ton yanacaq yüklənib. Yük dekabrın əvvəlində Los-Ancelesə çatdırılacaq.
Hindistanla təyyarə yanacağının tədarükü ilə bağlı razılaşma Chevron-un Kaliforniyadakı müəssisəsində oktyabr ayında baş vermiş yanğından sonra təyyarə yanacağı istehsalının kəsilməsi ilə bağlıdır.
Bu, ABŞ-ın Qərb Sahilində reaktiv yanacaq ehtiyatlarının 11,12 milyon barellə üç aylıq minimuma enməsinə səbəb olub. Əvvəllər Amerika şirkəti ilk növbədə Cənubi Koreyadan təmizlənmiş təyyarə yanacağını idxal edirdi.
Yeganə