Azərbaycanın daha bir qılıncoynadanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, sablya üzrə yarışda Polina Kaspiaroviç fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Yarımfinalda özbəkistanlı rəqibinə məğlub olan idmançı bürünc medala sahib çıxıb.