RU

Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarına start verilib.

Moderator.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Yekaterina Sariyeva mübarizəyə qoşulub.

Üç təkanla tullanma növündə mübarizə aparan atlet uğurlu çıxışla yadda qalıb.

Sariyevanın ən yaxşı göstəricisi 13.84 metr olub. Bu nəticə ilə Yekaterina mötəbər yarışda bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu, idmançımızın İslam Həmrəyliyi Oyunlarında 4-cü medalıdır. Sariyeva 2013-cü ildə Palembanqda qızıl, 2021-ci ildə Konyada gümüş, 2017-ci ildə Bakıda bürünc medal qazanmışdı.

Избранный
30
50
moderator.az

10Источники