Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hələ də Venesuelaya qarşı mümkün hərbi əməliyyatla bağlı yekun qərar verməyib.
Məlumata görə, ABŞ hərbi qüvvələri regionda cəmləşməkdə davam edir: ərazidə bir aviadaşıyıcı və təxminən 15 min nəfərlik şəxsi heyət yerləşdirilib. Lakin Tramp ümid edir ki, bu təzyiq Venesuela prezidenti Nikolás Maduronu hərbi müdaxiləsiz istefaya məcbur edə bilər.
CNN-in məlumatına görə, ötən həftə prezidentə ardıcıl üç gün ərzində müxtəlif hərbi əməliyyat planları təqdim edilib. Təkliflər intensivliyinə görə fərqlənib — sırf hərbi və ya hökumət obyektlərinə zərbələrdən tutmuş xüsusi təyinatlıların reydlərinədək. Bununla yanaşı, “heç bir addım atmamaq” seçimi də gündəmdən çıxmayıb.
Mənbə bildirir ki, ABŞ prezidenti müəyyən məqamda Venesuela ərazisində birbaşa hərbi əməliyyat aparmağın riskləri barədə tərəddüd edib. O, həm ABŞ hərbçilərinin mümkün təhlükələri, həm də belə əməliyyatın uğur ehtimalı barədə suallar qaldırıb.
Musavat.com