RU

Əlcəzairin “Sonatrak” və Çinin Sinopk şirkətləri arasında neft emalı zavodunun inkişafı üzrə müqavilə imzalanıb

Qahirə, 18 noyabr, AZƏRTAC

Əlcəzairin “Sonatrk” neft şirkəti ilə Çinin “Sinopk” şirkəti arasında Əlcəzairin qərbində yerləşən neft emalı zavodunda ağır nafta maddəsinin katalitik emal qurğusunun tikilməsi ilə bağlı müqavilə imzalanıb. Layihənin məqsədi illik benzin istehsalını 1,2 milyon tona çatdırmaqdır.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, layihə təxminən 30 ay ərzində tamamlanacaq. Layihənin dəyəri təxminən 438 milyon ABŞ dollarıdır.

Bu layihə üzrə illik 738 min ton ağır nafta emal ediləcək və neft emalı zavodunun benzin istehsalı gücü 550 min tondan 1,2 milyon tona yüksəldəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Избранный
180
42
azertag.az

10Источники