RU

Həsrət Cəfərov İslamiadanın finalına vəsiqə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gəlib.

Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 0:3 hesabı ilə uduzub.

Ülvü Qənizadə 1/8 finalda iranlı Amir Abdi üzərində 9:0 hesabı ilə qələbə qazanıb. Rəqibi finala yüksəldiyi üçün Qənizadə təsəlliverici görüşdə iştirak edəcək.

İslam Abbasov (87 kq) 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İdman.Biz

Избранный
25
7
idman.biz

10Источники