"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin son vəziyyəti bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, DÇ-2026-nın seçmə mərhələsinin oyununda - noyabrın 16-da Bakıda Fransa yığmasına qarşı Azərbaycan millisinin heyətində keçirdiyi matçda zədələnərək əvəzlənən qolkiperin durumu ciddidir.
Belə ki, Şahruddin ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Xaırladaq ki, ölkəmizi Çempionlar Liqasında uğurla təmsil edən "Qarabağ" turnirin əsas mərhələsinin 5-ci turunda "Napoli"nin qonağı olacaq.
Nihat