Azərbaycanda onlarla xəbər saytı Cloudflare-dəki qlobal nasazlıq səbəbindən çöküb.
News365.az-ın məlumatına görə, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox xəbər saytının işində ciddi fasilələr yaranıb.
Problem beynəlxalq internet təhlükəsizlik və şəbəkə infrastruktur şirkəti olan Cloudflare-də baş verən kütləvi nasazlıqla əlaqələndirilir.
Şirkət hazırda problemin səbəblərini araşdırır və xidmətlərin tam bərpa olunması istiqamətində işlər aparır.