RU

Dünyanın müxtəlif ölkələrində çoxlu sayda sayt açılmır - Osman Gündüz

Azərbaycanda əksər sayt və agentliklərə girişdə problem yaranıb. 

“İki sahil” xəbər verir ki,  İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında problemin bulud texnologiyasında genişmiqyaslı nasazlıqla bağlı olduğunu yazıb: “Cloudflare” çöküb. Bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır. Bu gün “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. “Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda sayt açılmır, “Cloudflare Error” tipli xətalar görünür. “Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə , serverlərdə problem yoxdur – trafik “Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər. “Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir”.

Избранный
29
4
ikisahil.az

10Источники