RU

Azərbaycanda niyə yağış yağmır? RƏSMİ CAVAB

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

Payız fəslində olmağımıza baxmayaraq, Azərbaycanda yağışlı hava müşahidə olunmur. Bəs bunun səbəbi nədir?

Məsələ ilə bağlı “Yeni Sabah” Milli Hidrometeorologiya Xidmətinə sorğu ünvanlayıb.

Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Yeni Sabah”a bildirib ki, ölkə ərazisində müşahidə olunan mülayim isti hava şəraitinin səbəbi sinoptik şəraitdən asılı olaraq isti hava kütlələrinin  cənubdan hərəkət etməsi, cənub-şərq küləklərinin üstünlüyüdür:

“Bu da hava şəraitinin mülayim keçməsinə, temperaturun yüksəlməsinə səbəb olur. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, rayonlarda isə 25 dərəcəyədək yüksəlir. Bakıda və Abşeron yarımadasında havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından 2.9 dərəcə yüksək qeydə alınıb”.

“Ötən illərin noyabr ayları ilə müqayisə etsək Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-cü ilin noyabrında 25 dərəcə, bölgələrdə isə 29 dərəcəyədək isti  müşahidə olunub”, - deyə qeyd olunub.

Əlavə edilib ki, ölkə ərazisində müşahidə olunan mülayim hava şəraiti yaxın 3-4 gün ərzində də davam edəcək.

Aytac Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
yenisabah.az

2Источники